"Qablaşdırma şirkətləri Bakı və Abşerondan daha çox regionlarda müəssisələr açmaqda maraqlıdır".
Eləcə də bax: Azərbaycanda qablaşdırma sənayesinin əsas problemləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Kamran Hacızadə deyib.
O bildirib, əmək haqqı, ərazilərin alınması üçün ayrılan xərclərin daha aşağı olması regionlarda biznesin qurulmasını qablaşdırma şirkətləri üçün cəlbedici edir. Bununla belə, bir sıra vergi güzəştlərinin tətbiq edilməsinə ehtiyac var: “AQSA olaraq Dövlət Vergi Xidmətinə təklif etmişik ki, regionlarda müəssisə açmaq istəyən qablaşdırma şirkətlərinə vergi güzəştləri tətbiq edilsin. Eyni zamanda bu müəssisələrdə çalışan işçilərin əmək haqqlarına tətbiq edilən vergilər azaldılsın”.
Kamran Hacızadə hesab edir ki, sözügedən vergi güzəştlərinin tətbiqi regionlarda fəaliyyət göstərən qablaşdırma müəssəsisələrinin artmasına, bu isə öz növbəsində əhalinin məşğulluğunun və iqtisadi aktivliyin artmasına müsbət təsir edə bilər. (Apa)