Vakansiya: Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis/mütəxəssis
Vəzifə və Öhdəliklər:
- Müştərilərdən daxil olan şifahi və yazılı müraciətlərin araşdırılması və müştərilərə geri dönüşlərin edilməsi
- Müştərilərdən daxil olan məktublara cavabların yazılması
- Müştəri məmnunluğunu artırmaq üçün proseslərin təkmilləşdirilməsi məqsədilə daima yeniliklərin təklif və tətbiq edilməsi
- Müştəri müraciətləri üzrə hesabatların hazırlanması.
Biliklər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, Azərbaycan dilində mükəmməl yazı bacarıqları və İngilis dili yaxşı səviyyədə
- MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı
Təcrübə:
- Müştərilərlə iş sahəsində (telefon vasitəsilə və ya üzbəüz) minimum 3 il iş təcrübəsi
- Complaint management sahəsində minimum 1 il iş təcrübəsi
- Banklar, maliyyə sturkturları, sığorta sahələrində iş təcrübəsinin olması üstünlükdür.
Bacarıqlar:
- Səlis nitq, fikri aydın izah etmə bacarığı
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Analitik düşüncə qabiliyyəti
- Stressə davamlılıq
- Komandada işləmək bacarığı
- Problem həll etmək bacarığı
- Nəticə yönümlülük
- Keyfiyyət yaratmaq bacarığı
Son müraciət tarixi: 18.09.2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] email adresinə göndərin.