Karabakh Group
Sahə mühəndisi (Kəlbəcər rayonu)
Son tarix 22 dek 2023 - [email protected]
Əsas Tələblər:
- Təhsili: Ali təhsilli(Sənaye və mülki tikinti ixtisası üzrə)
- Kompüter bilikləri:MS Office proqramları,AutoCad;
- İş təcrübəsi:Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Fikrini dəqiq,dolğun və özünə əminliklə təqdim etmə bacarığı
- Yaş: 35-45
Vəzifə və Öhdəliklər:
- Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla (Texniki,Material və Aktlar) işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə,tikinti,istehsalat,əməyin və idarəetmənin təşkili,metroloji təminat,texniki nəzarət,elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək. İş yeri rayonda olacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sənaye və mülki tikinti üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.