Industrial Business Ltd
Satınalma üzrə mütəxəssis
Son tarix 15 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
- Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
- Yerli və xarici bazarın monitorinqini aparmaq
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Satınalma prosesinin vaxtında, prosedura uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
- Sifariş olunmuş malların düzgün daşınması və çatdırılması işininin təşkili, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırması
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq (Neft-qaz təzhizatı üzrə iş təcrübəsi üstünlükdür)
- Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-orta və ingilis dili-əla
- Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat
- Komanda ilə işləmək bacarığı
- Effektiv ünsiyyət,çeviklilik,məsuliyyətlilik, intizamlıq
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş qrafiki: I-V günlər, 09:00-18:00
Əmək haqqı: Müsahibə yolu ilə
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.