FRESH Catering
Logistika üzrə koordinator
Son tarix 02 apr 2026 - [email protected]
İş müddəti: Müvəqqəti (15.04.2026 -25.05.2026 )
Əmək haqqı: 2500 Azn (layihə müddəti)
Vəzifə öhdəlikləri:
- Layihə çərçivəsində ərzaq, içki, avadanlıq və digər katerinq ləvazimatlarının vaxtında və düzgün çatdırılmasını təşkil və nəzarət etmək.
- Nəqliyyat marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq.
- Çatdırılma cədvəllərini hazırlamaq və icrasını təmin etmək.
- Sürücülərin və logistika heyətinin iş qrafikini koordinasiya etmək.
- Tədbir məkanlarına avadanlıqların təhlükəsiz daşınmasını təmin etmək.
- Məhsulların keyfiyyətinə və saxlanma şərtlərinə nəzarət etmək.
- Gözlənilməz halların (gecikmə, çatışmazlıq və s.) operativ həllini təşkil etmək.
- Təhlükəsizlik və sanitariya qaydalarına əməl olunmasını təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi 30-45
- İş təcrübəsi arzu olunandır
- Qərar qəbul etmək qabiliyyəti
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
İş şəraiti
- İş yeri: Ağ şəhər
- Nahar şirkət tərəfdən təmin edilir.
CV-lərinizi mövzu hissəsində “Layihə üzrə koordinotor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Layihə üzrə Baş Aşpaz
Son tarix 02 apr 2026 - [email protected]
Layihə müddəti: 01.04.2026-25.05.2026
Vəzifə öhdəlikləri:
- Layihənin tələblərinə uyğun olaraq, xüsusi menyu hazırlanması və yemək seçimlərinin müəyyənləşdirilməsi.
- Menyuda yer alacaq yeməklərin, qəlyanaltıların və içkilərin layihə üçün ideal olmasına diqqət yetirmək.
- Menyu dizaynı və yemək hazırlığının layihənin mövzusuna, iştirakçıların zövqlərinə uyğun olması.
- Layihə üzrə aşbaz komandası və xidmət heyəti ilə əməkdaşlıq. Komandanın iş bölgüsünü hazırlamaq və hər kəsin vəzifələrini düzgün şəkildə yerinə yetirməsini təmin etmək.
- Layihə çərçivəsində istifadə olunacaq bütün ərzaq və təchizatın təmin olunması.
- Təchizatın təzə, keyfiyyətli və layihənin ölçüsünə uyğun olmasına diqqət yetirmək.
- Lazım olan ərzaq və təchizatın vaxtında sifariş edilməsi, gələn məhsulların kontrolü.
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi 30-45
- İdaretmədə ən az 5 il təcrübə (Keytring və restoranda)
- Qida təhlükəsizliyi üzrə biliklərin olması
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
- Yalnız (bəy namizəd)
Dil Bilikləri:
- Azərbaycan dili səlis
- İngilis dili səlis
- Rus dili arzuolunandır
İş şəraiti
- İş yeri: Ağ şəhər
- Əmək haqqı: 2500 Azn (aylıq)
- Nahar şirkət tərəfdən verilir.
CV-lərinizi mövzu hissəsində “Layihə üzrə Baş Aşpaz” qeyde etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.












