Forauto
Marketinq Meneceri
Son tarix 05 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
- Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
- Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
- Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
- Bazarın tələbinə uyğun olaraq brendlərin planlanması və satış siyasətinin müəyyən edilməsi
- Bazarın təhlili, müştəriləri , rəqibləri və onların yeni proyektləri və ideyaları haqqında daim araşdırma aparmaq və informasiya toplamaq.
Tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes İdarəçiliyi sahəsi üzrə arzuolunandır);
- Səlis Azərbaycan dili,Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Yaş həddi: 26-35;
- Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi 2+ illik təcrübə
- Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00.
- Əmək haqqı: 1000AZN+ bonus
Zəhmət olmasa CV-lərinizi e-mail ünvanına göndərin.