Xidmət üzrə mütəxəssis / aparıcı mütəxəssis (Bakı, Xaçmaz filialları üzrə)
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dilini bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Təklif olunan vəzifədən asılı olaraq analojı sahə üzrə iş təcrübəsi;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik, ünsiyyət qurma, analitik zəka və müştəri ilə işləmə qabiliyyəti.
Görəcəyiniz işlər:
- ARMB-nın bankdaxili prosedur və qaydalara əsasən fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Mövcud müştəri bazasına uyğun bank məhsullarının və xidmət satışını həyata keçirmək;
- Fəaliyyətinə uyğun bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətləri vermək;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
- İdarə etdiyi portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
İş şəraiti:
- AR ƏM tələblərinə uyğun rəsmiləşdirmə;
- İş saatları - 09:00-18:00
CV-lərinizi [email protected] email ünvanına müvafiq başlıqla göndərməyə tələsin.