Buta Agro
İdxal, ixrac və logistika üzrə mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
Vəzifə öhdəliyi:
- Mühasibatlıq şöbəsində gömrük işlərinin, idxal, ixrac sənədlərinin hazırlanması,
- Gömrük ixrac bəyannamə sənədlərinin hazırlanması,
- Gömrük ödənişlərinin həyata keçirilməsi,
- Fitosanitar və Qida təhlükəsizliyi ilə bağlı olan sənədlərin hazırlanması,
- İdxal, ixrac əməliyyatlarının həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək.
İş şəraiti:
- İş vaxtı: həftənin 5 günü – 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: şənbə və bazar
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 700 -1000 AZN
- Ünvan: Nəsimi rayonu, Rəşid Behbudov küçəsi.
Tələblər:
- Ali təhsilli.
- Gömrük işləri üzrə iş təcrübəsi mütləqdir.
- 1 C və MC Office proqramlarında iş təcrübəsinin olması üstünlükdür.
- Rus və ingilis dili biliyinin olması mütləqdir.
- 25-35 yaş arası bəy namizədlər.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. CV-ləri göndərərkən başlıq yerinə “İdxal, ixrac və logistika üzrə mütəxəssis” qeyd etməyi unutmayın.
- Əlaqə nömrəsi +994 55 500 40 70
Aparıcı mühasib
Son tarix 01 dek 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
- Şənbə və bazar günü istirahət
- Əmək haqqı: 1300 - 1600 AZN.
- Korporativ nömrə (korporativ paket)
Tələblər:
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Peşəkar Mühasib Sertifikatı arzuolunandır;
- İş təcrübəsi : Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Logo Tiger proqramında işləmək bacarığı;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. CV-ləri göndərərkən başlıq yerinə “Aparıcı Mühasib” qeyd etməyi unutmayın.
Əlaqə nömrəsi: +994 55 500 40 70