Evinizi, avtomobilinizi və biznesinizi qoruyun!
Yaxın günlərdə ölkə ərazisində güclü yağış və külək gözlənilir. Belə hallarda əvvəldən tədbir görmək gözlənilməz zərərin qarşısını almağa kömək edir.
Evinizi yoxlayın: dam, pəncərə və suötürücü boruların vəziyyətinə baxın. Drenaj xətlərini təmizləyin, zirzəmi və qarajı su basması ehtimalını yoxlayın. Eyvan və həyətdəki əşyaları yığışdırın.
Avtomobilinizi qoruyun: mümkündürsə, güclü yağışda yola çıxmayın. Su basmış yollara, tunellərə və yeraltı keçidlərə daxil olmayın. Avtomobilinizi ağacların və reklam lövhələrinin altında saxlamayın.
Biznes üçün önləyici tədbir görün: anbarları, avadanlıqları və elektrik sistemlərini yoxlayın. Su sızması və subasma riskini azaltmaq üçün qabaqlayıcı addımlar atın.
Ümumiyyətlə sel təhlükəsi olan ərazilərdən uzaq durun. İldırım zamanı açıq sahələrdə, ağacların və elektrik xətlərinin yaxınlığında dayanmayın.















