Azersun Holding
Elektrik-elektronçu
Son tarix 08 noy 2026 - [email protected]
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC
Vəzifı öhdəlikləri:
- Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə yetirmək;
- İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək;
- PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların sazlanmasını təmin etmək;
- Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsini aparmaq;
- Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq;
- Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanmasını həyata keçirmək;
- Elektrik avadanlıqlarının diaqnostikası, test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək;
- İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görmək;
- Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra etməmək.
Texniki və nəzəri biliklər
- Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməli;
- Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli;
- Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı;
- Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini bilməli;
- PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməli;
- Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı;
- Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik olmalı;
- Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməli;
- Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli;
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli.
Biz nə təklif edirik:
- İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat
- İş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Elektrik-elektronçu” qeyd edilməlidir.














