Norm rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq ISO 37001:2025 sertifikatını əldə edib.
FED.az xəbər verir ki, sertifikat şirkətin rüşvətxorluq risklərinin idarə olunması, effektiv daxili nəzarət mexanizmlərinin tətbiqi və etik korporativ mədəniyyətin gücləndirilməsi istiqamətində fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.
ISO 37001:2025 sertifikatının əldə edilməsi göstərir ki, Norm korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflıq və etik biznes prinsiplərinə sadiqdir və fəaliyyətində dürüstlük, şəffaflıq və hesabatlılıq dəyərlərini rəhbər tutur. Şirkətin CEO-su Henning Sasse: “Biz mövcud idarəetmə və daxili nəzarət mexanizmlərinin beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq davamlı təkmilləşdirilməsini, risklərin effektiv idarə olunmasını və məsuliyyətli biznes yanaşmasının gücləndirilməsini prioritet istiqamələr hesab edirik. ISO 37001:2025 sertifikatının əldə edilməsi bu istiqamətdə atdığımız mühüm addımlardan biridir və bizim bu standartların şirkətin bütün fəaliyyətinə davamlı şəkildə tətbiqi ilə bağlı öhdəliyimizi ifadə edir.”
















