Vakansiya: İstismar xidmətləri üzrə mütəxəssis
Yerləşmə: Baş Ofis
Departament: Marketin İnkişafı
Vəzifə öhdəlikləri:
- Market binalarının ümumi nəzarətini təmin etmək.
- İstismar xidmətləri üzrə Menecerə kömək etmək və bütün texniki xidmət və təmizlik işlərinin düzgün şəkildə aparılmasını təmin etmək.
- Marketlərdən və digər departamentlərdən ümumi sorğulara nəzarət etmək və planlar hazırlamaq.
- Bütün zəruri sənədləri doldurarkən bütün yaranmış gözlənilməz halları aradan qaldırmaq.
- Texniki nəzarətçilərlə əlaqə saxlamaq və onları İstismar xidmətləri üzrə Menecerin təlimatlarına əsaslanan planlar barədə məlumatlandırmaq.
- Gündəlik ehtiyaclar, problemlər və müştəri rəyləri barədə nəzarətçiyə məlumat vermək.
- Suallara cavab verməyi bacarmaq, zəruri və təcili sualları müvafiq nəzarətçiyə yönləndirmək.
- Bütün sifarişləri etmək və onların yerinə yetirilməsini İstismar xidmətləri üzrə Menecerin təlimatlarına uyğun olaraq izləmək.
- Marketlərdən gündəlik planlar, ehtiyaclar, problemlər və müştəri rəyləri barədə mühəndislərə və texniki nəzarətçilərə məlumat vermək.
Namizədə dair tələblər:
- Texniki təhsil;
- Azərbaycan dili üzrə səlis, İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
- MS office proqlamlarında işləmək bacarığı;
- İstismar xidmətləri (Təmir və texniki dəstək) sahəsində iş təcrübəsi arzu olunandır;
- Bina elektrikro-mexanika texnologiyaları haqqında biliklərə sahib olmaq;
- Problemləri həll etmə və qərar qəbul etmə bacarıqlarına malik olmak
Maraqlanan namizədlər " İstismar xidmətləri üzrə mütəxəssis " başlığı ilə [email protected] email adresi vasitəsi ilə müraciət edə bilər.