Məkan: Baş Ofis
Şöbə: Müştəri münasibətlərinin idarə olunması
Məruzə edir: Müştəri münasibətlərinin idarə olunması Meneceri
Birbaşa hesabatlar: Çağrı mərkəzi üzrə Koordinator
İş üzrə Vəzifələr:
- Zəng, e-mail və "Whatsapp" mesajlarını cavablandırmaq.
- Telefon, e-mail və "Whatsapp" vasitəsilə göndərilən müştəri sorğularına baxmaq.
- Mövcud resurslardan istifadə etməklə zəruri məlumatları araşdırmaq.
- Müştəri şikayətlərinə baxmaq və şikayətlərin həll yolunu tapmaq.
- Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək.
- Sistemə yeni müştərilərin məlumatlarını daxil etmək.
- Mövcud müştərilərin məlumatlarını yeniləmək.
- Sifarişləri, formaları və ərizələri emal etmək.
- Məsələləri prioritetləşdirmək və rəhbərliyə məruzə etmək.
- Zənglərin müvafiq şöbələrə yönləndirmək.
- Bütün zəng məlumatlarını standart iş prosedurlarına uyğun olaraq sənədləşdirmək.
Bilik və bacarıqlar:
- Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
- Azərbaycan və Rus dilləri icbaridir, ingilis dili üstünlük sayılır.
- "Microsoft Office" proqramları, Outlook istifadəçisi.
- Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
- Dinləmə qabiliyyəti.
- Problemlərin təhlili və həlli bacarıqları.
- Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
- Təşkilati bacarıqlar.
- Detallara qarşı diqqətli.
- Komanda şəklində işləmə bacarığı.
- Stressə davamlılıq.
- Qüsursuz və aydın nitq.
İş şəraiti: Növbəli iş.
Maraqlanan namizədlər "Çağrı mərkəzi üzrə agent " başlığı ilə [email protected] email ünvanına müraciət edə bilərlər.