Bank Respublika ASC
React developer
Son tarix 22 iyn 2024 - Müraciət et
Təsvir:
- React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
- Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
- Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
- Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
- Kod review-da iştirak.
Tələblər:
- Sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
- JavaScript üzrə dərin biliklər (DOM manipulasiyası, ES6 daxil olmaqla);
- Redux və Redux Toolkit üzrə praktiki biliklər;
- Kompleks UI komponentləri yaratmaq və React-də state-in idarəetmə bacarığı;
- Node js + Express js ilə effektiv kod yazma bacarığı (RESTful API yazılması üzrə təcrübə) ;
- React hook form və ya oxşar form state idarə etmə kitabxanası ilə təcrübə;
- TypeScript və TSX ilə praktiki təcrübə;
- Code review təcrübə;
- CI/CD pipeline və tool-ları haqqında məlumat;
- Micro-frontends ilə təcrübə (arzuolunandır)
- Test kitabxanaları ilə təcrübə (arzuolunandır)
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Problem həll etmə bacarığı
Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 20 iyn 2024 Müraciət et
Təsvir:
- Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
- Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
- Müştəri bazasının hazırlanması və yeni müştərilər cəlb edilməsində dəstək verməsi.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili arzuolunan;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
- QEYD: Teles satış (Soyuq zənglər) sahəsində çalışanlara üstünlük veriləcək
Qiymətləndirmə şöbəsinin mütəxəssisi
Son tarix 21 iyn 2024 Müraciət et
Təsvir:
- Qiymətləndirmə üçün təqdim olunan sənədlərin ilkin təhlili;
- Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi;
- Bazar araşdırmaları;
- Rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası;
- Hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə olması arzuolunandır;
- MS Office yüksək səviyyədə biliklər (Word, Excel, Power point);
- Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.