Bank Respublika ASC
Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps)
Son tarix 15 apr 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Cİ/CD Proseslərinin tətbiqi,prakitiki billiklər;
- Monitoring sistemləri ilə işləmə baçarıqları;
- Microservis arxitekturalı sistəmdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Linux ƏS-ri (CentOs,Ubuntu,Alpine) sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
- DevOps Tools - Docker, K8s/Nomad, Git, Vault, Consul, Gitlab CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
- Scripting – Bash,Python;
- Monitoring tools: Nagios, Prometheus/Grafana;
- WebServer: Apache+Php, Nginx,Tomcat;
- DB və cache, MQ: PostgreSql, Mongo, Redis, Memcache, Rabbitmq;
- Virtualizasiya – VmWare,VirtualBox;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı); İngilis (orta) ;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit üzrə arxa ofis mütəxəssisi
Son tarix 28 mar 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
- Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
- Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla (yazılı və şifahi);
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı) qeyd etməklə 27 Mart 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər:
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.