Bank Respublika ASC
React developer
Son tarix 11 yan 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
- Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
- Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
- Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
- Kod review-da iştirak.
Namizədə qarşı tələblər:
- Sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
- JavaScript üzrə dərin biliklər (DOM manipulasiyası, ES6 daxil olmaqla);
- Redux və Redux Toolkit üzrə praktiki biliklər;
- Kompleks UI komponentləri yaratmaq və React-də state-in idarəetmə bacarığı;
- Node js + Express js ilə effektiv kod yazma bacarığı (RESTful API yazılması üzrə təcrübə) ;
- React hook form və ya oxşar form state idarə etmə kitabxanası ilə təcrübə;
- TypeScript və TSX ilə praktiki təcrübə;
- Code review təcrübə;
- CI/CD pipeline və tool-ları haqqında məlumat;
- Micro-frontends ilə təcrübə (arzuolunandır)
- Test kitabxanaları ilə təcrübə (arzuolunandır)
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Problem həll etmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində React developer qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.