Bakstone Construction
Sahə Rəisi
Son tarix 01 iyn 2024 - [email protected]
Tələb olunan şərtlərə cavab verən şəxslər CV ilə birlikdə 16 may, saat 11:00-17:00 aralığında şirkətimizin baş ofisinə müraciət edə bilərlər.
Tələblər:
- Yaş həddi: 35-55 yaş;
- Ali təhsil (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayə və Mülki tikinti (PQS);
- Qeyd olunan sahədə ən azı 5 (beş) il iş təcrübəsi;
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Yenilikçi, qabaqcıl, iş üsullarından istifadə etmək bacarığı;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin, tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
- Məsuliyyətli, düzgün qərar qəbul etmək bacarığı və sahədə olan işçilərlə normal işçi münasibəti qurub, idarəetmə bacarığı göstərmək;
- Layihələrin eskiz və konstruktiv hissəsini düzgün oxuyub, nəticə çıxarmaq, nivelirdən istifadə etmək;
- Şəxsi avtomobilinin olması vacibdir.
Öhdəliklər:
- Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini işçi layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti sahəsində ardıcıllığı qorumaqla, işlərin təşkilini yerinə yetirmək, artıq məsrəfə yol verməmək;
- Layihələrin eskiz və konstruktiv hissəsi ilə ətraflı tanış olub, büdcə nizamlamasına müsbət təsir edən təkliflər verməli.
Məvacib: 2000 AZN+
Telefon: (012) 441-33-33 / (055) 999-01-71
Cəfər Cabbarlı 609, Globus Center (15-ci mərtəbə)