AZINTELECOM
Mobile/Web application pentester (Aparıcı mütəxəssis)
Son tarix 28 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mobil tətbiqlərdə (Android/IOS) təhlükəsizlik testlərinin aparılması;
- Veb tətbiqlərdə təhlükəsizlik testlərinin aparılması;
- Təhlükəsiz kod analizi;
- Aşkarlanan boşluqların aradan qaldırılması üçün praktiki və metodik tövsiyələrin hazırlanması;
- Kiber risklərin dəyərləndirilməsi;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhfə vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Proqram təminatının əks kəşfiyyatı (Reverse engineering) bacarıqları
- Frida və JS ilə işləmə bacarıqları
- Android/IOS pentest bacarıqları
- OWASP TOP 10 boşluqları ilə işləmə bacarıqları
- C# proqramlaşdırma dili bilikləri
- Java/Swift proqramlaşdırma dili bilikləri
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
- OSWE, eWPTX, eCRE, eMAPT, eCXD sertifikatlarının olması arzuolunandır
- Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
- Daima öyrənmə bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Təhlükəsizlik inzibatçısı (Aparıcı mütəxəssis)
Son tarix 28 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhfə vermək;
- Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Kibertəhlükəsizlik sistemlərinin (Waf, Palm, DLP, Antivirus/XDR və s.) inzibatçılığı üzrə təcrübə
- İnformasiya təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər haqqında biliklər
- Şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, radius və s.)
- Server Əməliyyat Sistemləri (Windows, Server, Linux) haqqında məlumat
- Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığı
- Cisco CCNA Security
- e-Learn eNDP Certification Network Defense Professional
- Red Hat Certified System Administrator RHCSA
- MCSA (Microsoft Certified Solutions Associate arzuolunandır)
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
- Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək,
- Daima öyrənmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
İnformasiya təhlükəsizliyi mühəndisi
Son tarix 28 avq 2023 [email protected]
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə dərin biliklər
- Firewall və WAF üzrə biliklər
- Skript və proqramlaşdırma dilləri haqqında anlayış
- Şəbəkə və verilənlər bazası sahəsində biliklər
- Kiber hücum növləri haqqında məlumatlılıq
- XDR üzrə biliklər
- Virtualizasiya üzrə biliklər
- Şəbəkə strukturunun işləmə prinsipi haqqında biliklər
- SIEM üzrə biliklər
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
- Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
- Analitik düşünmə və yüksək problem həll etmə bacarığı
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
- Daima öyrənmə bacarığı
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik insidentlərin və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
- SİEM vasitəsilə logların izlənməsi;
- WAF üzərindən rulların yaradılması;
- Son nöqtələrin və avadanlıqların SİEM-a bağlanması;
- Insidenti anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının bir-birinə bağlanaraq analiz edilməsi;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhvə vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.