AZINTELECOM
Sınaq laboratoriyası bölməsinin mühəndisi
Son tarix 20 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Laboratoriya avadanlıqlarının istismarı;
- Telekommunikasiya vasitələrinin və qurğularının nümunələrin təhvil-təslimi və qeydiyyatının aparılması;
- Daxil olan sertifikatlaşdırma sifarişləri əsasında telekommunikasiya vasitələrinin və qurğularının uyğunluq sınaqlarının yerinə yetirilməsi;
- Sınaq nəticələrinin sənədləşdirilməsi (sınaq protokollarının tərtib edilməsi) və sınaq nəticələrinin qeydiyyatının aparılması;
- Daxil olan sertifikatlaşdırma sifarişləri əsasında telekommunikasiya vasitələrinin və qurğularının uyğunluğunun qiymətləndirilməsinin və müvafiq sənədləşmənin yerinə yetirilməsi;
- Laboratoriya avadanlıqlarının periodik texniki baxışın keçirilməsi;
- Laboratoriya daxili və xarici tutuşdurma sınaqlarının aparılması;
- Qeyri-müəyyənlik ölçmələrinin aparılması;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Fizika, radiotexnika və rabitə sahəsi üzrə);
- IT və telekommunikasiya, elektrik və radioölçmələr, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma sahələrinə dair biliklər;
- Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri sərbəst (arzuolunan)
- İSO/EN 17025 üzrə sertifikatın olması arzuolunan
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Multi-tasking qabiliyyəti;
- Güclü analitik düşünmə qabiliyyəti;
- Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;
- Komanda ilə işləmə bacarığı;
- Davamlı öyrənmə və özünü inkişaf etdirmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.