Vakansiya: İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)
Namizədə aid tələblər:
- Ali təhsili olmalı;
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
- Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat:
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
- İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
- Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
- Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir.
- Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır.
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
İş qrafiki:
- Həftə içi 5 gün.
İş yeri:
- Kürdəmir rayonu. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İR üzrə mütəxəssis (Kürdəmir)” qeyd olunmalıdır) göndərə bilərlər.