Azerlotereya
Texniki Əməliyyatlar üzrə Mütəxəssis (Gəncə və ətraf bölgələri)
Son tarix 30 sen 2024 - [email protected]
İşin təsviri:
Azərbaycanın Gəncə və ətraf bölgələrində yaşayan mütəxəssisləri Azərlotereya ailəsinə qatılmağa dəvət edirik. Texniki Əməliyyatlar üzrə Mütəxəssisimiz olaraq siz maddi-texniki avadanlığın təmiri və sazlanması işlərinə cavabdeh olacaqsınız. Mürəkkəb texniki problemləri izləmək və həll etmək üçün satış nöqtələrinə səyahət rolun əsas məqsədlərindən biridir.
Hesabat verir: Texniki Əməliyyatlar üzrə Supervayzer
Əsas vəzifələr:
- Şirkətə məxsus bütün oyun terminallarının sabit və davamlı işləməsini təmin etmək.
- Oyun terminallarının təmiri və profilaktik tədbirlərini təmin etmək.
- Mobil cihazların idarəetmə sisteminə nəzarət və bütün sistemin yenilənməsini təmin etmək.
- Əməliyyat sistemlərinin və proqramların işləməsini və problemlərin aradan qaldırılmasını təmin etmək.
- İT Texniki Dəstək üçün tələb olunan bütün lisenziyaların etibarlılığını yoxlamaq.
- Anbarda və qəbul nöqtələrində İT və texniki avadanlıqların dayanıqlı və davamlı işləməsini təmin etmək.
Tələblər:
- Kollec, bakalavr və ya magistr dərəcəsi.
- Bu sahədə azı 2 il sübut edilmiş təcrübə.
- MS Office proqramlarını bilmək.
- Məsuliyyətlilik və dəqiqlik prinsiplərinə cavab vermək.
- Yüksək komanda işi və ünsiyyət bacarığı.
- Avadanlıqların təmiri üzrə bilik və təcrübə: kompüterlər, noutbuklar, planşetlər, printerlər, skanerlər və mobil telefonlar.
- OSI (Kompüter şəbəkəsi) modelinin strukturu haqqında biliklər.
- Routerlərin və 3G modemin qurulması.
- Windows, Android, Linux, Mac OS əməliyyat sistemləri üzrə biliklər.
- 3 ildən artıq müddət üçün sürücülük vəsiqəsi.
Əgər maraqlanırsınızsa, CV-nizi e-mail ünvanına “Texniki Əməliyyatlar üzrə Mütəxəssis” başlığı ilə göndərə bilərsiniz
Ticarət Marketinqi üzrə Merçendayzer
Son tarix 30 sen 2024 - [email protected]
Azərbaycanın Gəncə, Lənkəran-Masallı, Quba-Xaçmaz, Şəki-Oğuz, Bakı kimi müxtəlif bölgələrində yaşayan Merçendayzerların Azərlotereya ailəsinə qatılmağa dəvət edirik.
Hesabat verir: Ticarət Marketinqi üzrə Supervayzer
İşin təsviri:
- Cavabdeh olduğu ərazidə bayilərin rutin ziyarətini həyata keçirmək.
- Bayilərə sərgilənən reklam daşıyıcıların təhvil almaq və qurularkən icraçıları yönləndirmək.
- Bayiləri yenilik və dəyişikliklər haqda məlumatlandırmaq.
- Mövcud olan ticari marketing standartlarına uyğun olaraq reklam materiallarını sərgiləmək.
- BTL aktivliklərdə iştirak etmək və yaxud aktivliyi idarə etmək.
- Müəyyən edilmiş ticari marketinq standartlarına əsasən vaxtaşırı yoxlama keçirmək və hesabat hazırlamaq (hesabatı sistemə yükləmək).
- Mövcud ticari marketinq standartlarında təkmilləşdirmə məqsədiylə reklam materiallarını müəyyən etmək və təklifləri hazırlamaq.
- Sektor daxilində və ya xaricində ticari marketinq fəaliyyətini izləyərək biznesin təkmilləşdirilməsi məqsədiylə təkliflər vermək.
Tələblər:
- Kollec, bakalavr təhsili.
- Merçendayzing sahəsində 1 il təcrübə.
- Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyəti (Rus və yaxud ingilis dili biliyinə üstünlük verilir).
- Müştəriyönümlü, nəticəyönümlü və yaxşı ünsiyyət bacarıqları.
- Kompüter bilikləri - MS proqramları.
- Sürücülük vəsiqəsi – B kateqoriyası (minimum 3 il daimi təcrübə).
Əgər maraqlanırsınızsa, CV-nizi e-mail ünvanına “Ticarət Marketinqi üzrə Merçendayzer” başlığı ilə göndərə bilərsiniz