Azerbaijan Airlines
Yanacaq-sürtkü materialları üzrə mühəndis
Son tarix 05 mar 2024 Müraciət et
Təsvir:
- YSM xidmətini nizaman salan təşkilatı-idarə, texniki təhlükəsizlik sənədləri, prosedur və təlimatları hazırlamaq;
- YSM obyektlərinin texnoloji avadanlıqlarına və qurğularına texniki xidmət və təmir üzrə qrafiklər tərtib etmək, onların tam həcmdə icrasını təşkil və ona nəzarət etmək, müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərinin keçirilməsini təşkil etmək;
- Müəyyən edilmiş müddətdə ölçü vasitələri və cihazların metroloji yoxlanışını təmin etmək;
- Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitində nəzarəti yerinə yetirmək;
- Süzgəclərdə təzyiq fərqinə nəzarət etmək, çöküntünü yoxlamaq və süzgəc elementlərinin vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək;
- Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
- Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Əməyin məhsuldarlığının, işinin keyfiyyətinin yüksəldilməsinə və maddi ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirləri planlı şəkildə həyata keçirmək;
- Əmək-istehsalat intizamının möhkəmləndirilməsinə dair tədbirlər keçirmək;
- YSM obyektlərində mexanikləşdirmə və avtomatlaşdırma, yeni texnika və avadanlığın sınaqdan keçirilməsi və tətbiq edilməsi üzrə planlaşdırılmış işlərin keçirilməsini təmin etmək və iştirak etmək;
- Yaradıcı qabiliyyətə malik olmaq, proseslərə məntiqi və analitik düşüncə ilə yanaşmaq;
Tələblər:
- Təhsil: Bakalavr/Peşə ilə bağlı (Azərbaycan Dövlət Neft və Sənaye Üniversiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Üniversiteti (kimya fakultəsi) məzunlarına və iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
- İş təcrübəsi: minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili – Səlis; İngilis dili - orta;
- Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
İş rejimi: Həftə içi 5 gün, növbəli (gündüz/gündüz)
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Uçuş heyətinin planlaşdırılması şöbəsinin mütəxəssisi
Son tarix 05 mar 2024 Müraciət et
Uçuş heyətlərinin, pilot və təyyarə bələdçilərini təyyarə tipləri üzrə uçuşlarını planlaşdırmalı, onların gündəlik və aylıq uçuş və iş qrafiklərini tərtib etməli.
Vəzifə öhdəlikləri:
- “Azərbaycan Hava Yolları”na məxsus uçuşları uçuş heyətləri və təyyarə bələdçiləri ilə təmin etmək ;
- Uçuş planları barədə pilot və təyyarə bələdçilərinə məlumatların sms və e-mail vasitəsi ilə çatdırılmasını təmin etmək;
- Pilot və təyyarə bələdçilərinin iş və istirahət vaxtlarına nəzarət etmək;
- Uçuş heyətlərinə aid olan məlumatların SMS vasitəsi ilə onlara göndərmək;
- Uçuş sənədlərinin bitmə müddətləri haqqında aylıq hesabat hazırlamaq;
- Vizaların hazırlanmasını təmin etmək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Bayram və matəm günləri qeyri-iş günüdür;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblər:
- Ali təhsil ;
- Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Word (yaxşı səviyyədə) ;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı);
- Detallara diqqət yetirmək bacarığı;
- Hesabat hazırlama bacarığı.
- Digər dil biliyi olanlara üstünlük verilir.