Azal Club
Marketinq mütəxəssisi
Son tarix 11 dek 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi: 22-35;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Analitik düşüncə qabiliyyəti
- Stresə davamlı, kommunikasiya qabiliyyətli, özünü inkişaf etdirməyə həvəsli olmalıdır
- Marketing və ya menecment sahəsində təhsil, hazırki trendlər haqqında məlumatlı olması üstünlükdür
- Marketinq sahəsində min 2 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür.
İş barədə məlumat:
- Şirkətin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;
- Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməlidir;
- Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
- Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
- Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
- Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etməli, təhlillər aparmalıdır;
- Şirkətin marketinq və media planlarının hazırlanmasında və reallaşdırılmasında iştirak;
- Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
- Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində hesabat hazırlanmalıdır.
Əlavə məlumatlar:
- Əmək haqqı: Müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Marketinq mütəxəssisi” sözlərini qeyd edərək göndərsinlər.