AtaSığorta ASC
Subroqasiya şöbəsinin hüquqşünası
Son tarix 29 sen 2024 - [email protected]
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
- Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərəgöndərilməsi;
- Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
- Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
- Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etmək;
- Sığorta hadisələri ilə bağlı müvafiq qurumlara, idarə və təşkilatlara sorğu, şikayət və müraciətləri hazırlamaq;
- Sığorta hadisələri ilə bağlı Cəmiyyətə daxil olan şikayət, ərizə və müraciətləri araşdırmaq, qanunvericiliyə müvafiq cavab hazırlamaq;
- Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsinə hüquqi yardım göstərmək.
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR:
- Ali hüquq təhsili mütləqdir;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı.
TƏCRÜBƏ:
- İxtisas üzrə 1 ilədək iş təcrübəsi
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ :
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- İş saatı: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.09.2024-cü il tarixədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Subroqasiya şöbəsinin hüquqşünası” qeyd olunmalıdır) göndərə bilərlər.