ATA PACK MMC
Baş mühasib
Son tarix 13 yan 2025 - [email protected]
Təsvir:
- Maliyyə fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin etmək;
- ƏDV, ÖMV, Mənfəət, Gəlir,Torpaq vergisi, Əmlak, Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması, şəxsi hesab vərəqəsinə nəzarət etmək;
- Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsinə nəzarət etmək;
- Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
- Əmək haqqı hesablamaları etmək,
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
- Logo proqramında silinmələri nəzarətdə saxlamaq, proqramda yaranan problemlərlə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləyərək həllini təşkil etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq həll etmək;
- Yaranmış vəziyyət tələb etdikdə rəhbərlik qarşısında təşəbbüs qaldırmaq, təklikflər vermək.
Tələblər:
- Təhsil: Ali (İqtisadi)
- İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan
- Vergi Məcəlləsi və müvafiq normative hüquqi-aktlar üzrə biliyə sahib olmalı
- Peşəkar Mühasib Sertifikatı olması üstünlükdür.
- Riyazi hesablama aparmaq, analitik təhlil etmək qabiliyyəti
- Kompüter bilikləri: Logo Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.
İş şəraiti:
- İş saatı: 08-00-dan 17-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- İş yeri: Balaxanı Sənaye Parkı
- Maaş 1500-2000 AZN
- Nahar və servis şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən cv-lərini mail ünvanına göndərmələri xahiş olunur.