Amper Elektrik
Tender və Satınalma Mütəxəssisi
Son tarix 17 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- Azərbaycan dili (səlis), Rus dili (orta), İngilis dili (orta)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şəraiti:
- İş yeri: Baş ofis - Lökbatan (Abşeron Ticarət Mərkəzi)
- İş saatı: 6 günlük iş qrafiki 09-00-dan 18-00-dək
- Nahar 13:00-dan 14:00-dək
- Korporativ nömrə (korporativ Paket)
- Əmək haqqı: 1200 AZN
Zəhmət olmasa, müraciət etmək üçün e-mail ünvanına CV göndərərək "Tender və satınalma mütəxəssisi" qeyd edin.