AFB Bank
Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 10 avq 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Əməliyyat üzrə mütəxəssis
Son tarix 10 avq 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı (İngilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təsviri:
- Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
- Korporativ müştərilərə bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat verilməsi;
- Korporativ müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarının tərtib edilməsi, müvafiq müraciət formlarının doldurulmasında köməklik göstərilməsi;
- Korporativ əməliyyatların icrasının təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik..
Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt)
Son tarix 10 avq 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Sumqayıt şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt filialı)” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
IOS Developer
Son tarix 10 avq 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- IOS proqramlaşdırma üzrə iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
- Swift üzrə dərin biliklər;
- IOS Framework-un (Core Data və Core Animation) bilikləri;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə.
İşin təsviri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Apple’ın IOS platforması üçün yeni tətbiqi mobil proqramlar, modulların işlənib hazırlaması;
- Texniki xüsusiyyətlərə uyğun proqramın (application) keyfiyyəti və performansının təmin edilməsi;
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklərə sahib olmaq;
- IOS Framework-un (Core Data və Core Animation) dərin bilik və təcrübə olması;
- Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- IOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
- OOP prinsiplərini dərindən bilmək;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “IOS Developer” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Əməliyyat riskləri üzrə baş mütəxəssis
Son tarix 10 avq 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.