Vakansiya:Sənədli Əməliyyatlar üzrə Aparıcı /Baş Mütəxəssis
Təsvir:
- Sənədli əməliyyatlar üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
- Beynəlxalq və yerli qaydalar və standartlara uyğun qarantiyaların verilməsi;
- Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və prezentasiyaların hazırlanması, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatların izlənilməsi;
- Daxil olan müraciətlərlə bağlı biznes təhlilin aparılması, hesabatların hazırlanması
- Müxbir banklarla sənədli əməliyyatlara dair yazışmaların aparılması;
- Korporativ Xidmətlər göstərən əməkdaşlara sənədli əməliyyatların aparılması ilə bağlı təlimlərin keçirilməsi
- Ticarətin Maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
- Ticarətin Maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
- Ticarət Maliyyələşdirilməsi üzrə bazarın və Müştəri bazasının analiz edilməsi.
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə geniş iş təcrübəsi (minimum 2 il);
- Yüksək analitik və idarəetmə qabiliyyəti;
- Yüksək kommunikasiya bacarıqları;
- Biznes bankçılığı məhsulların və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq əməliyyatlar tranzaksiyalar üzrə biliklər və bacarıqlar) üzrə təcrübə;
- Azərbaycan və İngilis dillərini səlis bilməli (Rus dili biliyi üstünlük kimi qəbul edilir).
Namizədlər bu linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. https://glorri.com/accessbank/61a9efbd61839d4e420b0d86-S%C9%99n%C9%99dli%20%C6%8Fm%C9%99liyyatlar%20%C3%BCzr%C9%99%20Apar%C4%B1c%C4%B1%20M%C3%BCt%C9%99x%C9%99ssis+Ba%C5%9F%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch