Access Bank
Kontent üzrə aparıcı mütəxəssis
Son tarix 07 fev 2024 Müraciət et
Təsvir:
- AccessBank brendinin “səs” tonuna uyğun olaraq aydın, və cəlbedici mətnlərin yazılması;
- Ənənəvi və onlayn media kampaniyaların ehtiyacları üçün satış və müştəri yönümlü reklam mətnlərinin yazılması və redaktə edilməsi;
- Müəyyən edilmiş hədəf auditoriyasına uyğun olaraq, onları hərəkətə keçirməyə sövq edən, cəlbedici başlıqların, sloqanların və məzmunların tərtib edilməsi
- Axtarış, sosial media və veb bannerlərinə aid reklam mətnlərinin hazırlanması, həmçinin AccessBankın məhsulları, xidmətləri, layihələri və fəaliyyəti haqqında, e-poçt marketinq mesajları, push bildirişlər, şirkət təqdimatları, onlayn sorğu formaları və veb sayt üzrə məzmunların hazırlanması;
- Veb səhifənin ziyarətçilərinin “lifecycle stage” – inə uyğun olaraq CTA-ların hazırlanması;
- Tanıtım videoları üçün ssenarilərin yazılması;
- Məzmunun maksimum dərəcədə geniş kütləyə çatmasını təmin etmək məqsədilə SEO prinsiplərin riayət etmək;
- İnfluencer marketinq strategiyasının inkişafına töhfə vermək;
- Rəqəmsal marketinq mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, məzmunun ümumi məqsədə uyğun olduğuna əmin olmaq;
- Auditoriyanın ehtiyaclarına cavab verən müvafiq məzmun yaratmaq üçün dizaynerlər, məhsul sahibləri, satış mütəxəssisləri, inflyuenserlər və sahə ekspertləri ilə sıx əməkdaşlıq etmək;
- Kommunikasiyanın daha da cəlbedici olması üçün dizaynerlərlə birlikdə visual təsvirlərin hazırlanmasında iştirak etmək;
- Video reklamların və veb banerlərin hazırlanması üçün kənar / üçüncü tərəf şirkətlər ilə əməkdaşlıq etmək;
- Kontent marketinqi üzrə ən son bazar tendensiyalarından məlumatlı olmaq, “rəqib analizi” aparmaq
- AccessBankın ümumi marketinq strategiyasına töhfə vermək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq və Biznesin təşkili üzrə təhsil arzuolunandır);
- Layihələrin yazılması və redaktə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı;
- Bank sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
- Ünsiyyət və təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı.