OBA marketlər şəbəkəsi
Qiymət Dəyişimi üzrə aparıcı mütəxəssis
Son tarix 17 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma əməkdaşları tərəfindən göndərilən günlük satış və endirim qiymətlərini sistemə daxil etmək
 - Daxil edilən bütün kampaniyaların günlük və həftəlik yoxlanmasına nəzarət etmək
 - Bazar araşdırma komandası tərəfindən təqdim olunan qiymət məlumatlarını yoxlamaq və sistemə düzgün daxil olunmasını təmin etmək
 - Marketlərdəki iş yükünü nəzərə alaraq gündəlik endirim sayına nəzarət etmək, qeyri-funksional yüklənmənin qarşısını almaq
 - Endirimlərlə bağlı kassada yaranan texniki problemləri operativ şəkildə araşdırmaq və həll etmək
 
Namizədə dair tələblər:
- Təhsil: Ali (Biznesin idarə olunması, Marketinq və ya digər uyğun sahələr üzrə)
 - İş təcrübəsi: Müvafiq sahədə 2 il
 - MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı
 - ERP və ya digər müvafiq sistemlərlə işləmə təcrübəsi (üstünlükdür)
 - Analitik və tənqidi düşüncə, Diqqətlilik, operativlik və məsuliyyətlilik bacarıqları
 
Əlavə təminatlar:
- Nahar
 - Servis xidməti
 - Korporativ nömrə
 
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
 - Nahar fasiləsi: 13:00-14:00
 - Şənbə və Bazar istirahət günləri
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qiymət Dəyişimi üzrə aparıcı mütəxəssis " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnzibati işlər üzrə aparıcı mütəxəssis
Son tarix 17 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək
 - Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək
 - Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;
 - İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;
 - Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;
 - Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;
 - Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək
 - Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;
 - İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;
 - Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
 
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali
 - İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
 - MS Office proqramlarında (xüsusilə Excel, Word) yaxşı səviyyədə işləmə bacarığı
 - Təşkilatçılıq və planlama, Məsuliyyətlilik və dəqiqlik;
 - Operativ qərarvermə və problem həll etmə bacarıqları
 
Əlavə təminatlar:
- Nahar;
 - Korporativ nömrə;
 - Servis xidməti;
 
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
 - Nahar fasiləsi: 13:00-14:00
 - Şənbə və Bazar istirahət günü.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnzibati işlər üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







