Ramco CJSC
Anbardar (Yeni layihə)
Son tarix 19 okt 2022 - [email protected]
Namizədə olan tələblər:
- Sahə üzrə iş təcrübəsi: 2-3 il
- Proqramlar: MS Office proqramları, 1C
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Stressli şəraitdə işləmə bacarığı;
- Güclü riyazi hesablama bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbara bütün mədaxil, məxaric və digər əməliyyatların proqramda işləmək və proqramda müvafiq məlumatlar almaq,
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik etmək;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
- Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq.
İş şərtlərimiz:
- Əmək haqqı: 700-800 Azn.
- İş qrafiki : 6 günlük iş həftəsi,
- Nahar və ev şirkət tərəfindən təmin olunur
- Layihənin adı: “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası”
- Layihənin yerləşdiyi yer: Füzuli rayonu
Maraqlanan namizədlərdən öz CV-lərini email adresinə göndərmələri tələb olunur. Mövzu hissəsində "Anbardar" qeyd etməniz xahiş olunur.