ABB ASC
Korporativ idarəetmə və metodologiya üzrə mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 05 avq 2024 - Müraciət et
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Proses sahibləri ilə birgə biznes proseslərin (mövcud və yeni) təhlilini həyata keçirmək, optimallaşdırma imkanları ilə bağlı təkliflər vermək və biznes prosesləri müvafiq alətlər vasitəsilə vizuallaşdırmaq (proses xəritələrini hazırlamaq);
- Biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələrdə iştirak etmək;
- Bankın biznes və dəstəkləyici proseslərini tənzimləyən, habelə korporativ idarəetmə ilə bağlı bankdaxili normativ sənədlərin layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
- Bankın struktur bölmələrinə və törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
- Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsili olan (xaricdə təhsil və ya beynəlxalq sertifikatlar arzuolunandır);
- Microsoft Office proqramlarından (Word, PowerPoint, Excel) yüksək səviyyədə istifadə etmək bacarığına sahib olan;
- Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilən və Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə malik olan (rus dilini bilmək əlavə üstünlükdür);
- Güclü kommunikasiya və təqdimat bacarığı olan;
- Bank sahəsində təcrübənin olması arzuolunandır;
- Biznes proseslərin təhlili, vizuallaşdırılması (proses xəritələrinin hazırlanması) və optimizasiyası istiqamətində təcrübənin olması əlavə üstünlükdür;
- Risklərin idarə edilməsi və daxili nəzarət istiqamətlərində səriştələrin olması əlavə üstünlükdür.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.