Azerbaijan Airlines
PR və Kommunikasiya İdarəsinin Mətbuat Xidmətinin Rəhbəri
Son tarix 26 okt 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mətbuatla iş və 24/7 monitorinq;
- Media ilə bağlı kommunikasiya planının hazırlanması;
- Medianın iştirakı ilə tədbirlər planı və tədbirlərin təşkili;
- Media monitorinqi və hesabatların hazırlanması;
- Böhran vəziyyətlərdən çevik çıxış və böhranın həlli;
- Press reliz, məqalə, çıxışların ümumi strategiyaya uyğun şəkildə hazırlanması (ENG, AZ, RUS);
Tələblər:
- Ali təhsil;
- Xaricdə təhsil arzuolunandır;
- Jurnalistika və media sahəsində minimum 10 il iş təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Müxtəlif peşə kvalifikasiyalarına malik olmaq arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus (əla).
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
SƏTƏMM və KN İdarəsinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi (Gəncə Beynəlxalq Hava Limanı)
Son tarix 25 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- AZAL QSC-nin İdarə, müəssisə və aviaşirkətində sağlam və təhlükəsiz əmək və məişət şəraitinin yaradılmasına nəzarət etmək;
- Təhkim olunduğu İdarə, müəssisə və aviaşirkətin xidmət və şöbə rəhbərlərinə bütün peşələr üçün əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasında metodiki köməklik göstərmək;
- Yeni işə qəbul olunan işçilərlə, istehsalat təcrübəsinə gələn tələbələrlə təsdiq edilmiş mövcud proqrama uyğun əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək;
- Təhkim olunduğu müəssisədə baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin səbəblərini araşdırıb təhlil etmək. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək məqsədilə iş yerlərinin attestasiyasının aparılmasında iştirak etmək;
- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəyən zərərin ödənilməsi üçün lazımi sənədlərin hazırlanmasında iştirak etmək;
- İşçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsinə, saxlanılmasına, kimyəvi təmizlənməsinə və qurudulmasına nəzarət etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmada (iş yerlərində, ilkin, təkrar, plandankənar) və biliklərin yoxlanılmasının təşkilində metodiki kömək göstərmək və komissiyanın işində yaxından iştirak etmək;
- Tələb olunan müddətdə və müəyyən edilmiş formada Əməyin Mühafizəsi üzrə hesabat hazırlamaq;
- Müəssisədə baş verən bədbəxt hadisə zamanı mütləq “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən hərəkət etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə şikayətlərinə, ərizə və məktublarına baxıb araşdırma aparmaq və onların aradan qaldırılması üçün tədbirlər görmək.
Tələblər:
- Təhsil: Peşə ilə bağlı təhsil/Ali təhsil;
- Əlavə kurs və seminar;
- Dil bilikləri: Azərbaycan dili – Ana dili, İngilis dili – yaxşı;
- Kompyuter bilikləri: Word, Excel, PowerPoint, Outlook;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma;
- Ezamiyyə imkanları.
İş qrafiki:
- İlk 1 il həftə içi 5 gün 09:00-18:00-dək / Daha sonra 12 saatlıq iş rejimi
İş yeri:
Gəncə Beynəlxalq Hava Limanı