Perm turoperatorları yüksək tələbat fonunda Azərbaycana paket turlarının satışına başlayıblar.
Azərbaycan bu il rusiyalı turistlər üçün ən populyar ölkəyə çevrilib
FED.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, , turun qiymətinə Perm-Bakı-Perm marşrutu üzrə uçuş, oteldə yaşama (çimərlik otellərində səhər yeməyi daxil edilib) daxildir.
Turoperatorlar qeyd edirlər ki, həftədə bir dəfə - çərşənbə axşamı Bakıya səfər etmək olar. Turistlərə ekskursiya və ya çimərlik istirahəti təklif olunur.
Bütövlükdə qeyd edilir ki, «Azərbaycana istiqamət böyük tələbata malikdir və Türkiyə və Misirə səyahət üçün yaxşı rəqabət yaradır».
Turu bronlaşdırmaq və oktyabrın sonuna qədər Azərbaycana səfər etmək mümkündür. (İnterfaks-Azərbaycan)