Sentyabrın 13-15-də Bakıda keçiriləcək Formula 1 yarışları üçün fan-zona biletləri və konsert biletləri satışa çıxarılıb.
FED.аz хəbər verir ki, «Formula 1» yarışlarını izləmək üçün tribunalardakı qiymətlər yerlərdən asılı olaraq fərqlənir.
Yarışı daha yaxşı izləmək üçün nəzərdə tutulan əsas tribunalarda qiymətlər böyüklər üçün 1210 manatdan 1350 manat arasında dəyişir. Bu ərazilərdə kiçiklər üçün qiymətlər adambaşına 860 manatdan 950 manatadək dəyişir.
Qiymətlərin daha ucuz olduğu digər tribunalarda isə biletlərin bir hissəsi artıq satılıb. Məsələn, «Muğam», «Bulvar», «Filarmoniya», «Zəfər», «Xəzər» və «Sahil» tribunalarında artıq bilet qalmayıb.
Biletlərin hələ qaldığı digər tribunalarda isə qiymətlər azyaşlılar üçün 280-410 manat, böyüklər üçün isə 400-590 manatdır.
«Formula 1» yarışlarına premium biletlər isə tamamilə satılıb. Yarışların fan zonasına biletlərin qiyməti isə 120 manat təşkil edir.
FED.az xəbər verir ki, фан зонасында canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri вя саир нязярдя тутулур.
Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Бурада фoto həvəskarları üçün iri Formula 1 dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalarы да нязярдя тутулур. Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də яйлянъяляр təklif olunur.
Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib. Xatırladaq ki, sentyabrın 13-14-də keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ulduzları Uill Smit, Blək Koffi və J Balvin çıxış edəcəklər.