2024-cü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.6 milyon ABŞ dolları) idxalı (717.3 milyon ABŞ dolları) üstələməsi nəticəsində 229.3 milyon ABŞ dolları həcmində profisit yaranıb.
Azərbaycandan təyyarə ilə səfər edənlərin sayı 32 % artıb
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 milyon ABŞ dolları olub. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.(məkik idxal üçün vəsaitlər istisna olmaqla).