Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin statistikasına əsasən, 2023-cü ilin nəticələrinə görə, İstanbula xarici turist axını 17 milyonu keçib.
Türkiyə otellərində «hər şey daxil» sistemi 2024-də də qalacaq
FED.az xəbər verir ki, Rusiyadan Türkiyənin ən böyük şəhərinə təxminən 2 milyon turist gəlib.
Nazirliyin məlumatına görə, 2023-cü ildə İstanbula 17,37 milyon xarici qonaq gəlib ki, bu da bir il əvvələ nisbətən 8,4% çoxdur.
Rusiya İstanbula turist axını üzrə birinci yeri tutub, şəhərə 1,99 milyon turist gəlib. İkinci yerdə 1,28 milyon turist ilə Almaniya. Üçüncü yerdə bir milyondan çox qonaq ilə İran qərarlaşıb. (İnterfaks-Azərbaycan)