Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ (VÖEN: 5200287501) “Protean Construction” ASC (VÖEN: 9900062801) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu 200 min manatlıq - GEYİM ALIR – SİYAHI - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Qubadlı rayonu, Xanlıq kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işləri ilə bağlı imzalanmış müqavilənin dəyəri 73 milyon 428 min 104 manat təşkil edib.
Bundan başqa, Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı imzalanmış müqavilənin dəyəri 68 milyon 464 min 857 manat olub.
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ-dən FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq bildirilib ki, layihə çərçivəsində Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində 8 ədəd 2-3 mərtəbəli çoxmənzilli yaşayış binaları (137 mənzil) və 296 fərdi yaşayış evi tikiləcək. Eyni zamanda Qubadlı rayonu, Xanlıq kənd yaşayış məntəqəsində 6 ədəd 4 mərtəbəli çoxmənzilli yaşayış binaları (192 mənzil) və 355 fərdi yaşayış evi tikiləcək.
Tikiləcək mənzillərin ümumi sayı 329, fərdi yaşayış evlərinin ümumi sayı 651 olacaq.
İki müqavilənin birlikdə dəyəri 141 milyon 892 min 961 manat təşkil edib.
Xatırladaq ki, dövlət qurumu iki layihənin həyata keçirilməsi üçün 185 milyon 731 min 541 manat vəsait ayırmışdı. Protean Construction” ASC-nin təklifi bu məbləğdən 43 milyon 838 min 580 manat – 23,6% daha ucuz olub.
Qeyd edək ki, Protean Construction” ASC 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 160 min 672 manat olan şirkətin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov, ev.236 hüquqi ünvanında yerləşir.














