Yapı Kredi Bank Azərbaycan müştərilərinə təqdim etdiyi keşbek kampaniyasını yeni kateqoriyalarla davam etdirir.
FED.az xəbər verir ki, 2 noyabr – 2 dekabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən ödənişlər üzrə keşbek imkanları genişləndirilir.
Belə ki, kampaniyanın yeni mərhələsində ölkədaxili restoran, market, yanacaqdoldurma məntəqələri və geyim mağazalarında Apple Pay və Google Pay ilə edilən ödənişlərə kredit kartları üzrə 5%, debet kartları üzrə isə 3% keşbek təqdim olunur.
Kampaniyanın əsas şərtləri:
● Kampaniya müddəti: 02 noyabr – 02 dekabr 2026-cı il
● Keşbek faizi: Kredit kartları ilə 5%, debet kartları ilə 3%
● Ödəniş üsulu: Apple Pay və Google Pay
● Keşbek tətbiq olunan kateqoriyalar: Ölkədaxili restoranlar, marketlər, yanacaqdoldurma məntəqələri və geyim mağazaları
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIn”,“Telegram” və “WhatsApp” sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.















