İnternet üzərindən sifariş olunan malların vergiyə cəlb olunması qaydası dəyişə bilər
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Vergi Məcəlləsinin 109.8-ci maddəsi üzrə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınmış mallar üzrə gəlirdən çıxılan məbləğ üzrə 2%-lik limitinin platforma üzərindən sifariş edilən və “Smart Customs” sistemi vasitəsilə ölkəyə daxil olan mallara tətbiq edilməməsi təklif olunur.













