Bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi 11 milyard 776,4 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 364,6 milyon manat və ya 13,1% artıb.
Xatırladaq ki, ötən ilin ilk 10 ayına qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi 10 milyard 411,8 milyon manat olmuşdu
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları büdcəyə proqnozdan əlavə 297,4 milyon manat vəsait gətirib. Bu sektordan daxilolmaların 11 milyard 479 milyon manat olması gözlənilirdi.













