“Regional Su Meliorasiya Xidməti” PHŞ (VÖEN: 1700121811) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2 MAN markalı avtonəqliyyat vasitələri üçün KASKO sığorta xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 89 min 235 manatdır. Bir avtomobil üçün ehtimal olunan qiymət 44 min 617,5 manatdır.
Tenderdə iştirak haqqı 178 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Elşad Fərəcov / Şöbə müdirinin müavini - sektor müdiri /
[email protected] / +994 12 377 07 70 (601)
Şərtlərə görə,
2 Kanal açan maşın (qurğu ilə birlikdə);
Marka: MAN
Model: TGS 26.480 6X2-4BL
Buraxılış ili: 2026
Mühərrikin həcmi: 12419 sm³
Alış qiyməti: 1.270.000 AZN (ƏDV daxil)
Sığorta ərazisi: Azərbaycan Respublikası
Nəqliyyat vasitəsinin istifadəsi:
Təyinatına uyğun olaraq il ərzində mütəmadı istifadə olunur.
Sığorta müddəti: Razılaşdırılacaq tarixdən etibarən 12 (on iki) ay ərzində
Sığorta təminatı:
Sığortalıya məxsus avtonəqliyyat vasitələrinə dəyən ziyan;
Oğurlanma - sığorta obyektinin dəyəri (hər maşın üçün 1.270.000 manat) 100% ödənilməlidir.
Yanğın - sığorta obyektinin dəyəri (hər maşın üçün 1.270.000 manat) 100% ödənilməlidir.
Partlayış - sığorta obyektinin dəyəri (hər maşın üçün 1.270.000 manat) 100% ödənilməlidir.
Yol nəqliyyat hadisəsi - sığorta obyektinə dəymiş ziyan tam ödənilməlidir.
Hər hansı predmetlə toqquşma - sığorta obyektinə dəymiş ziyan tam ödənilməlidir.
Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan - sığorta obyektinə dəymiş ziyan tam ödənilməlidir.
Təbii fəlakətlər - sığorta obyektinə dəymiş ziyan tam ödənilməlidir.
Üçüncü şəxslərin əmlakına və səhhətinə dəyən ziyan;
Üçüncü şəxslərin əmlakına dəyən ziyan - dəymiş ziyan tam ödənilməlidir.
Üçüncü şəxslərin səhhətinə dəyən ziyan - hər bir şəxs üçün 5000 manata qədər.
Sürücü və sərnişinlərin bədbəxt hadisədən sığortası;
Sürücü və sərnişinlərin səhhətinə dəyən ziyan - ümumilikdə 3 nəfər - hər nəfər üçün 5000 manata qədər.
Sığorta şərtləri: Avtonəqliyyat Vasitələrinin Tam Sığortası Qaydalarına uyğun olaraq
Şərtsiz azadolma: 0,00 AZN














