Bu ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub.
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi daxilolamaları ötən ilin eyni dövrü ilə müayisədə 1 milyard 686,8 milyon manat və ya 11,7 faiz artıb.
Xatırladaq ki, ötən ilin ilk 10 ayına Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmuşdu.
Bu il yığılan vergilər proqnozlardan xeyli yüksək olub. Belə ki, Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə daxilolmaların 14 milyard 791 milyon manat olması gözlənilirdi. Yığılan vergilər isə bu məbləğdən 1 milyard 274,2 milyon manat daha çox olub.













