2019-cu ilin yanvarında Azərbaycana xaricdən «Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri» bölməsi üzrə 97 milyon 446 min dollarlıq avadanlıq gətirilib. FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən bildirib.
Eləcə də bax: Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Gətirilən məhsullar Azərbaycanın yanvar ayında ümumi idxalının 13,5%-ni tışkil edib. Gömrük Komitəsi idxal edilən malların dəqiq hansı kateqoriyaya aid edildiyini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycanda nüvə tədqiqatları aparılması məqsədilə dövlət başçısının 8 may 2014-cü il Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılıb.
Qobu rayonunda yerləşən Mərkəzin işi nüvə elmləri və nüvə texnologiyaları sahəsində elmi tədqiqatların genişləndirilməsi, o cümlədən Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsi və bu istiqamətlərdə fundamental və praktiki tədqiqatların aparılmasıdır.
Bundan başqa, Mərkəz nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, tədqiqat nüvə reaktoru da daxil olmaqla, Cəmiyyətin milli və beynəlxalq norma və standartlara uyğun elmi-təcrübi və texniki bazasının yaradılması və inkişaf etdirilməsi ilə də məşğul olacaq.