Azərbaycan Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticəsini elan edib.
Gənclər Fondundan FED.az-a verilən məlumata görə, müsabiqədə iştirakla bağlı 2-18 noyabrda sənəd qəbulu həyata keçirilib.
ELƏCƏ DƏ BAX: Türkiyənin ən reytinqli universitetləri - AÇIQLANDI
Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndəriblər.
Müsabiqəyə, ümumilikdə, 724 tələbə müraciət edib, onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib və Fondun saytındakı siyahıda həmin tələbələrin adları qeyd edilib.
237 tələbə barədə - QƏRAR VERİLDİ
19:29
13 Dek 2018