“Time Higher Education” – THE - jurnalının hər il yayımladığı Dünyanın Ən Yaxşı Universitetlərinin siyahısı açıqlanıb.
Fins.az xəbər verir ki, 2004-dən bəri hər il ardıcıl olaraq, hazırlanan bu siyahıya təhsil, təhsil şəraiti, sitatlar, araşdırma, beynəlxalq nüfuz, universitet gəliri və bu kimi mövzuları nəzərə alaraq hazırlanır.
“Times Higher Education”-ın hazırladığı siyahıya dövlət və universitetlər tərəfindən güvənilir və bir çox tələbəyə universitet seçimlərində doğru yol göstərir.
Eləcə də bax: Azərbaycanda ödənişsiz təhsil hansı sahələrdə artmalıdır? - ARAŞDIRMA
Yeni yayımlanan “Dünyanın Ən Yaxşı Universitetləri -2019” siyahısının ilk 500-də Türkiyədən cəmi 2 universitet yer alıb.
Siyahıdakı ən yaxşı 500 universitet siyahısına Türkiyədən zaman-zaman yalnız bir neçə ali təhsil ocağı düşə bilib.
Bilkent Universiteti siyahının 112-ci, ODTÜ isə 183-cü pilləsində yer alıb.
2010-2011-ci il üçün hazırlanan reytinq sıralamasında qardaş Türkiyədən bu ikisindən başqa heç bir universitet “TOP-500”-ə daxil edilməyib.
Ondan sonrakı ildə isə Bilkənd Universiteti 112-dən 201-225-ci pilləyə, ODTÜ isə 183-dən 276-300 aralığına enib. Lakin həmin il Bilkəndlə ODTÜ ilə yanaşı, İstanbulun daha iki universiteti həmin siyahıya düşə bilir: İTÜ (276-300–cü yerlər) və Boğaziçi (301-350 aralığı).
2012-2013-cü ildə qeydə alınan sıralamasında ODTÜ 201-ci yerə qədər yüksəlir. Bilkənd və Qoç Universitetetləri isə 226-250-ci yerlərdə qərar tutublar. Boğaziçi isə həmin siyahıda yalnız 276-300 aralığında qala bilib. Bu il isə nəticələr nisbətən fərqlidir. Boğaziçi Universiteti siyahının 199-cu pilləsinə qədər irəliləyə bilib. İTÜ və ODTÜ isə 201-225 aralığında qərarlaşıb.
Bir zamanlar həmin siyahıdakı ən yaxşı yerə malik türk universiteti olan Bilkənd Universitetinin nəticələri bu dəfə də aşağı düşüb. Universitet qardaş ölkənin digər təmsilçisi Qoç Universiteti ilə birlikdə 226-250 –ci yerləri bölüşür.
©AzEdu.az