Azərbaycanın xaricə satdığı fındığın yeni qiyməti məlum olub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 59 milyon 275 min dollar dəyərində 9 min 672 ton meşə fındığı ixrac olunub.
Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 192 min dollar və ya 16%, miqdar ifadəsilə 4 min 472 ton və ya 32% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 8 ayında isə Azərbaycandan 70 milyon 467 min dollar dəyərində 14 min 144 ton fındıq ixrac olunmuşdu.
Bu il xaricə satılan fındıq kəskin bahalaşıb. Belə ki, 1 kq fındığın orta ixrac qiyməti 10,42 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,95 manat (23%) çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə fındığın ixrac qiyməti 8,47 manat təşkil etmişdi. Bu il ümumi ixracının 0,33%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,72%-i fındığın payına düşüb.