Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
«AL market» alıcını aldadıb, mal üstündəki qiymətdən baha satılıb – CƏRİMƏ EDİLİB
FED.az SUPERMARKET xəbər verir ki, növbəti belə hal «Rahat Market» şəbəkəsində baş verib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, 04.12.2024-cü il tarixində «Al market» tərəfindən qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.
Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması deməkdir. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.01 bəndi - «Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması» üzrə protokol yazılıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, “az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.