Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Siren Trading" MMC-nin Rusiyadan idxal etdiyi “OOO Raspak” müəssisəsinə məxsus 05.07.2024-04.01.2025-ci il istehsal və son istifadə tarixli, ümumi çəkisi 127.50 kiloqram suxarı məhsulu partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Bu barədə FED.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.