Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir.
"FED.az" xəbər verir ki, “Obamızın sabahı naminə” şüarı altında baş tutan layihə çərçivəsində bu dəfə Neftçala rayonunun Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin müxtəlif siniflərində təhsil alan şagirdlərinə məktəb ləvazimatları və çantalar təqdim olunub. Animatorların iştirakı ilə müxtəlif oyunlar, əyləncəli yarışlar keçirilib, uşaqların üzlərində onların istəklərinə uyğun rəsmlər çəkilib. Tədbir zamanı məktəbin şagirdlərinə “OBA” Marketlər Şəbəkəsinə məxsus şirniyyatlar da təqdim olunub.
Eyni zamanda şagirdlərə müasir texnologiyalardan faydalanma şansı vermək və rəqəmsal imkanları artırmaq məqsədilə məktəbin informasiya otağına noutbuk hədiyyə olunub. Şagirdlərin istifadə edəcəyi ilk kompüterin “OBA” Marketlər Şəbəkəsi tərəfindən təqdim olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Layihənin məqsədi bölgələrdə təhsil alan şagirdlərin yeni tədris ilinə başlamadan öncə lazımi məktəb ləvazimatları ilə təmin olunması, təhsilə marağın artırılması və onlarla birlikdə yaddaqalan anların yaşanmasıdır. “OBA” Marketlər Şəbəkəsi olaraq şagirdlərin xəyallarının izində onlarla birlikdə irəliləməyə sabahımızı işıqlandırmağa daima hazırıq!
Qeyd edək ki, Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə baş tutan layihə çərçivəısində bu zamana kimi Goranboy, Lənkəranda da oxşar tədbirlər həyata keçirilib.